...

AZƏRBAYCAN-KİPR TİCARƏT VƏ İNVESTİSİYALARA YARDIM ŞURASININ YARADILMASI BARƏDƏ PROTOKOL İMZALANDI

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 12:54 (UTC +04:00)
AZƏRBAYCAN-KİPR TİCARƏT VƏ İNVESTİSİYALARA YARDIM ŞURASININ YARADILMASI BARƏDƏ PROTOKOL İMZALANDI

Azərbaycanlı sahibkarlarından ibarət nümayəndə heyətinin Şimali Kipr Türk Respublikasına (ŞKTR)səfəri davam edir. Trend in "Kibris Gazetesi"nə istinadən yaydığı məlumata görə, səfərin gedişində bir sıra razılaşmalar imzalanıb.

Həmçinin, Azərbaycan-Kipr ticarət və investisiyalara yardım üzrə protokol təsdiq edilib. Azərbaycan tərəfdən sənədi Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi yanında investisiyaların genişləndirilməsi vəməsləhətləşmələr Fondunun rəhbəri Emil Məcidov, Kipr tərəfdən ŞKTR-nın Sənaye Palatasının prezidenti Salih Tunar imzalayıb.

Protokol həmçinin mal dövriyyəsininvə xidmət mübadiləsinin, insan axınının stimulyasiyasını, sahibkarların birgə forumlarının keçirilməsini, sərgilərin təşkilini, eləcə də sahibkarların fəaliyyətinin dəstəklənməsini nəzərdə tutur.

Eyni zamanda, Azərbaycan sahibkarlarından ibarət nümayəndə heyəti Şimali Kiprin Ticarət Palatasının prezidenti Əli Erellə də görüşüb.

Xəbər lenti

Xəbər lenti