...

DÜNYA BANKININ MİSSİYASI BAKIYA GƏLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 14:23 (UTC +04:00)

İyulun 28-də Dünya Bankının missiyası səhiyyə sahəsində yeni layihənin eyniləşdirilməsi üçün Bakıya gələcək. Bankın Bakıdakı mnümayəndəliyindən Trend ə bildiriblər ki, missiyaya bankıni eksperti Enis Barış (E.Baris) roəhbərlik edir. Missiyanın səfəri iyulun 29-da başa çatacaq.

Missiyanın səfərində məqsəd səhiyyə sahəsində yeni layihə ilə bağlı mümkün danışıqlara hazırlıq məsələləri üzrə məsləhətləşmələrin keçirilməsidir. Danışıqların uğurlu keçəcəyi halda yeni layihənin praktiki olaraq Dünya Bankının bundan əvvəl reallaşdırılan və reallaşdırma müddətin bu ilin ortalarında başa çatan "Səhiyyə sahəsində islahatlar" layihəsinin məntiqi davamı olması planlaşdırılır. Dünya Bankı tərəfindən layihənin maliyyələşdirilməsi 5 milyon dollara yaxındır. Daha 0,5 milyon dollar UNISEF və Azərbaycan hökuməti tərəfindən ayrılıb.

Beləliklə, yeni layihə yeni Ölkələrə yardım göstərilməsi Strategiyası (CAS) çərçivəsində Azərbaycan hökuməti ilə müzakirə olunan ilk layihələrdən biridir.

Bundan əvvəl bu layihənin reallaşdırılması ilə əlaqədar Dünya Bankının missiyası Azərbaycana artıq iki dəfə (bu ilin martın 14-25-də və mayın 2-10-da) səfər edib.

Xəbər lenti

Xəbər lenti