...

BADEN-VYURTTEMBERQ FEDERAL TORPAĞININ İŞGÜZAR DAİRƏLƏRİNİN NÜMAYƏNDƏLƏRİ BAKIYA GƏLƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 15:03 (UTC +04:00)

Sentyabrın 25-27-də Baden-Vyurttemberq federal torpağının (AFR) işgüzar dairələrinin bir qrup nümayəndəsi Bakıya gələcək. Almaniya-Azərbaycan İqtisadi Yardım Şurasının (DAWF) icraçı direktoru Elnur Qurbanovun Trend ə verdiyi məlumata görə, missiyaya Baden Vyurttemlberqin iqtisadiyyat nazirinin müavini Horst Mehrlender başçılıq edəcək.

Azərbaycana AFR-in müxtəlif işgüzar dairələrin 15 nümaynədəsinin səfər edəcəyi planlaşdırılır. Azərbaycana orta biznesin nümayəndələrindən ibarət belə nümayəndə heyətinin gəlməsi diqqətəlayiq haldır.

Bununla əlaqədar, DAWF sentyabrın 26-da Bakıda Azərbaycan və Baden-Vyurttemberqdən olan sahibkarlar üçün biznes-forum keçirəcək ki, həmin toplantıda biznesin aliminium örtüklər, kimya maşınqayırma, metal texnikası, tibbi avadanlıq və boru prokatı kimi sahələrinin nümayəndələri təmsil olunacaq.

Xəbər lenti

Xəbər lenti