...

SUMQAYIT SUPERFOSFAT ÖZƏLLƏŞDİRMƏYƏ ÇIXARILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 İyul 2005 16:04 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyinin dövlət əmlakının və özəlləşdirmənin idarə olunması üzrə Departamenti Sumqayıt superfosfat zavodu Sumqayit Superfosfat -ın səhmlərinin 99,83% -ni özəlləşdjirməyə çıxarıb. Denpartamentdən Trend ə verilən məlumata görə, sənədlərin və təkliflərin qəbulu noyabrın 28-nə kimi, qiymətləndirmə isə noyabrın 30-dan başlayacaq.

Müsahibədə yerli və xarici investorlar iştirak edə bilərlər. Üstünlük ən yuxarı səviyydə investisiya təklif edəcək iddiaçıya veriləcək. İddiaçılar bankın zəmanət məktubunu təqdim etməli ya da departamentin bank hesabına 1 milyard manat vəsait keçirməlidir.

Qalib Səhmdar Cəmiyyətlə alqı-satqı müqaviləsinin imzalandığı gündən başlayaraq 30 gün ərzində planlaşdırılmış investisiyaların ümumi həcmindən 5 %-ni bankın hesabına, dövlət büdcəsinə 5,6 milyard manat və ya 1,1 milyon dollar keçirməli, 300 mindən az olmayaraq özəlləşdirmə çeki təqdim etməlidir.

Xəbər lenti

Xəbər lenti