...

AZƏRBAYCAN ŞİMALİ KİPR MƏHSULLARININ İXRACINDA TRANZİT ÖLKƏ OLA BİLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 11:07 (UTC +04:00)

Şimali Kipr Türk Cümhuriyyətinin baş naziri S.Soyer hesab edir ki, Azərbaycan Şimali Kiprdə istehsal olunan məhsulların Mərkəzi Asiya ölkələrinə ixrac olunmasında tranzit ölkə ola bilər. Trend in məlumatına görə, bu barədə jurnalistlərə baş nazir bildirib.

Onun sözlərinə görə, Şimali Kipr iqtisadiyyatının aparıcı sahələrini turizm və kənd təsərrüfatı təşkil edir. "Lakin biz tranzit ticarətin inkişafında, həmçinin Şimali Kiprdə istehsal olunan məhsulların ixrac olunması üçün bazarların genişləndirilməsində maraqlıyıq", - deyə baş nazir vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycanla əlaqələrin inkişaf etdirilməsi Şimali Kiprə öz məhsullarını Qafqaz, o cümlədən Mərkəzi Asiya ölkələrinə ixrac etməyə imkan verəcək.

O, azərbaycanlı və türk sahibkarları ölkənin iqtisadiyyatına fəal surətdə investisiya qoymağa dəvət edib. Həmçinin ölkə hökuməti yeni turizm mərkəzləri açmağı planlaşdırır.

F.Soyer onu da əlavə edib ki, hazırda Şimali Kiprin iqtisadiyyatı fəal surətdə inkişaf etməkdədir. Onun sözlərinə görə, 2004-cü ildə adambaşına ÜDM 7 min ABŞ dolları, əhalinin bank əmanətləri isə təxminən 2 mlrd ABŞ dolları təşkil edib.

Azərbaycanlı sahibkarlardan ibarət nümayəndə heyəti həmçinin Şimali Kiprin maliyyə naziri Əhməd Uzun tərəfindən də qəbul edilib. O bildirib ki, ölkənin iqtisadiyyatına kapital qoyan sahibkarlar üçün əlverişli şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti