...

SUMQAYIT KOMPRESSOR ZAVODU ÜZRƏ MÜSABİQƏNİN MÜDDƏTİ UZADILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 15:42 (UTC +04:00)

Trend in məlumatına görə, Maşınquraşdırma müəssisəsi - Sumqayıt Kompressorları səhmdar cəmiyyətinə məxsus səhmlərin 98,95%-nə iddiaçıların təkliflərinin qiymətləndirilmə müddəti dekabrın 13-nə, sənədlərin verilmə müddəti dekabrın 9-na kimi uzadılıb.

Əvvəlcə bunun iyulun 11-də, qiymətləndirmənin isə iyulun 13-də həyata keçirilməsi nəzərdə tutulmuşdu.

Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər.

Üstünlük maşın sənayesində qabaqcıl təcrübəyə malik olan və daha böyük həcmli investisiya təklif edən iddiaçıya veriləcək. İddiaçılar bankın zəmanət məktubunu təqdim etməli və ya İİN-nin Dövlət Əmlakını Özəlləşdirmə Departamentinin bank hesabına 1,5 mlrd manat köçürməlidir.

Qalib SC-nin səhmlərinin alqı-satqı müqaviləsinin imzalanmasından sonra 30 gün ərzində müəssisənin hesablaşma hesabına planlaşdırılmış investisiyaların ümumi həcminin 5%-ni, dövlət büdəsinə isə 4,77 mlrd manat və ya $1 mln keçirməli, ən azı 140 özəlləşdirmə çeki verməlidir.

Xəbər lenti

Xəbər lenti