...

AZƏRBAYCAN-ŞİMALİ KİPR BİZNES-FORUMU KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 İyul 2005 16:49 (UTC +04:00)
AZƏRBAYCAN-ŞİMALİ KİPR BİZNES-FORUMU KEÇİRİLİB

İyulun 29-da Lefkoşada Azərbaycan-Şimali Kipr biznes-forumu keçirilib. Trend agentliyinin xüsusi müxbiri bildirir ki, tədbirdə Azərbaycanın Şimali Kiprin investisiya mühitini öyrənən təxminən 30 şirkəti iştirak edib.

Biznes-forumun yekunlarına əsasən, Azərbaycan və Türkiyə iş adamları Birliyinin (ATIB) başçısı Əhməd Erentok və Şimali KiprTürk Cümhuriyyətinin Sənaye palatasının başçısı Saleh Turan arasında əməkdaşlığa dair protokol imzalanıb. Sonra Azərbaycanın hazırkı iqtisadi durumu ilə tanışlıq məqsədilə film nümayiş etdirilib, eləcə də Azərbaycan gənc iqtisadçılar Birliyinin başçısı Azər Əmiraslanovun məruzəsi dinlənilib.

Günün ikinci yarısında da Azərbaycan iqtisadiyyatının ayrı-ayrı sektorlarının, xüsusilə bank sektoru, tikinti və d. təqdimatı keçiriləcək.

Xəbər lenti

Xəbər lenti