...

ASİYA İNKİŞAF BANKI YOL LAYİHƏLƏRİNƏ $300 MLN VƏSAİT AYIRMAĞA HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 İyul 2005 12:55 (UTC +04:00)

Asiya İnkişaf Bankı (AİB) Azərbaycanda yol tikinti layihələrini maliyyələşdirməyə hazırdır. Nazirlər Kabinetində Trend ə xəbər verildiyi kimi, AİB Cənub istiqamətindəki yolların maliyyələşdirilməsini daha məqsədəuyğun hesab edirdi, lakin hazırda bank istənilən istiqamətlərdə yolların bərpası və tikintisi üzrə layihələrin maliyyələşdirilməsi üçün vəsait ayırmaq niyyətindədir.

AİB Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (BYİB - Dünya bank qrupu) ayırdığı həcmdə maliyyə vəsati verməyi planlaşdırır. Hazırda BYİB Ələt-Astara magistralının bərpasına $300 mln maliyyə vəsaiti ayırmağı nəzərdə tutub.

Azərbaycanda yolların ümumi uzunluğu 24 min km təşkil edir, bunun 6 min km magistral, 18 min km isə yerli magistralların payına düşür. Təkcə magistral avtomobil yollarının bərpasına və tikintisinə $2 milyarddan artıq vəsait tələb olunur.

Xəbər lenti

Xəbər lenti