...

AİB GƏLƏCƏK İNSAN İNKİŞAFI PROQRAMININ İŞLƏNİB-HAZIRLANMASI ÜÇÜN $850 MİN AYIRACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Avqust 2005 17:40 (UTC +04:00)

Asiya inkişaf bankı (AİB) iqtisadi inkişaf Nazirliyinin şəxsində Azərbaycan hökuməti ilə gələcək insan inkişafı proqramının işlənib-hazırlanması və təşkilinə məqsəd və dəstəyin əldə olunması üçün vəsait ayrılmasına dair saziş imzalayacaq.

AİB-nin Bakı nümayəndəliyində Trend agentliyinə bildirilib ki, bu məqsədlə bank qrant şəklində $850 min ayırmağı planlaşdırır.

Ölkədə yoxsulluğun azaldılması strategiyasının təşkili və işlənib-hazırlanması fondunun hesabına $650 min, texniki yardım fondunun hesabına isə $200 min ayrılacaq.

Sənədin imzalanması avqustun 2-nə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti