...

2006-CI İLDƏ AZƏRBAYCANIN İQTİSADİYYATINA 30%-DƏN ARTIQ KAPİTAL QOYULACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2005 17:13 (UTC +04:00)

2006-cı ildə Azərbaycan iqtisadiyyatına qoyulacaq investisiyaların ümumi həcmi $6 mlrd təşkil edəcək. İqtisadi inkişaf naziri Fərhad Əliyevin Trend ə bildirdiyi kimi, $2 mlrd vəsait daxili mənbələr, yerdə qalan $4 mlrd isə xarici kapital hesabına qoyulacaq.

Ölkə iqtisadiyyatına qoyulacaq investisiyaların ümumi göstəricisi 28,96% təşkil edəcək, belə ki, 2005-ci il üçün investisiya proqnozu təxminən $4652,6 mln təşkil edir. 2005-ci ilin yanvar-iyun ayları ərzində faktiki kapital qoyuluşdarı isə artıq proqnozun 55,76%-ni təşkil edib.

Daxili mənbələr hesabına investisiyaların artması 40,716%ə çatmalıdır, belə ki, 2005-ci il üçün proqnoz $1421,3 mln təşkil edir. Xarici investisiyalar 23,789% artmalıdır, 2005-ci il üçün onların proqnozu isə $3231,3 mln müəyyən edilib.

Xəbər lenti

Xəbər lenti