...

BANK STANDARD AMERICAN EXPRESS ŞİRKƏTİNDƏN KREDİT XƏTTİ ALACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 3 Avqust 2005 17:19 (UTC +04:00)

Bank Standard American Express-dən kredit xətti alacaq. Bankda Trend ə bildirildiyi kimi, American Express-in regional nümayəndəsi D.Çesnokovun Bakıya səfərinin yekunlarına görə şirkət yol çeklərinin əldə olunmasının konsiqnasiya şəklində maliyyələşdirilməsi üçün banka $250 min kredit xətti verəcək.

Bankda onu da qeyd ediblər ki, belə qərar riteyl əməliyyatları sahəsində iki tərəf arasında çoxillik əməkdaşlığın genişləndirilməsi məqsədilə qəbul edilib. Bu zaman son bir neçə ildə American Express şirkətinin məhsullarının yerli bazarda yayılması sahəsində irəliləyişlər da nəzərə alınıb.

Bankın rəhbərliyi ilə danışıqlar zamanı D.Çesnokov bildirib ki, son 4 il ərzində Bank Standard American Express şirkətinin yol çeklərinin satışı və alışı üzrə tam lider mövqeyini qoryuyaraq, bank xidmətləri seqmentində öz rəqiblərini qabaqlayıb.

Bank tərəfindən American Express şirkətinin yol çeklərinin satışı son 18 ay ərzində $1,2 milyonu keçib. Çeklərin alış həcmi isə 1,15 mln ABŞ dolları təşkil edib.

Pərakəndə bank xidmətləri bazarında öz mövqeyini gələcəkdə möhkəmləndirmək məqsədilə, Bank Standard yaxın vatlarda bir sıra yeni müasir bank məhsulu buraxmağı planlaşdırır.

Xəbər lenti

Xəbər lenti