...

AZƏRBAYCAN BİRİNCİ YARMİLDƏ $3,4 MLRD MƏBLƏĞİNDƏ İDXAL-İXRAC ƏMƏLİYYATLARI HƏYATA KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 10:53 (UTC +04:00)

Cari ilin birinci yarısında Azərbaycanın fiziki və hüquqi şəxsləri dünyanın 124 ölkəsi ilə ticarət əlaqələri qurublar. Trend in məlumatına görə, xarici mal dövriyyəsi $3,4 mlrd təşkil edib. Bu zaman ixrac $1,3 mlrd, idxal isə $ 2,1 milyarda çatıb.

Bu göstərici 2004-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 20,4% çoxdur. İxrac 0,2%, idxal isə 37,9% təşkil edib.

İdxal-ixrac əməliyyatlarının ümumi həcminin 29,9%-i Avropa İttifaqı, 27,7%-i MDB ölkələrinin, 42,4%-i isə digər ölkələrin payına düşüb.

Ümumi dövriyyədə 54% Avropanın, 41,8% Asiyanın, 3,3% Amerikanın, 0,8% Afrikanın, 0,1% Okeaniyanın payına düşüb.

Ticarət əməliyyatlarının 80%-dən çoxunu Sinqapur, Rusiya, İtaliya, Türkiyə, Böyük Britaniya, Türkmənistan, Fransa, İran, Almaniya, Çin, Ukrayna, Gürcüstan, Xorvatiya, Yunanıstan və ABŞ həyata keçirib.

Xəbər lenti

Xəbər lenti