...

"AZƏRBAYCAN MALLARININ İSTEHLAKININ STİMULLAŞDIRILMASI" LAYİHƏSİNƏ START VERİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 Avqust 2005 16:52 (UTC +04:00)

Azərbaycanda "Azərbaycan mallarının istehlakının stimullaşdırılması" layihəsinə start verilib. İqtisadi İnkişaf Nazirliyindən Trend ə bildirildiyi kimi, aparılmış sorğular nəticəsində məlum olub ki, ölkədə istehsal olunan məhsulların keyfiyyəti olduqca aşağıdır.

Bunun səbəbini isə ölkədə istehsal olunan məhsulların keyfiyyəti və təhlükəsizliyi barədə əhalinin az məlumatlılığı, müxtəlif növ sertifikatların, ekspert rəylərinin olmaması və ya onların təqdim olunmaması və s. ilə əlaqələndirmək olar.

"Azərbaycan mallarının istehlakının stimullaşdırılması" layihəsinin həyata keçirilməsində əsas məqsəd yerli malların rəqabət qabiliyyətini artırmaqdır. Həmçinin layihə çərçivəsində yerli istehsalçıların laboratoriya tədqiqatları nəticəsində verilmiş keyfiyyət sertifikatı ilə bazara çıxmaları üçün onlara yardımın göstərilməsi nəzərdə tutulur.

Bunların həyata keçirilməsi üçün yerli istehsalçılar tərəfindən təşviq kampaniyasına yerli istehlakçıların cəlb olunması, Azstandartservisin potensialının artırılması, yerli məhsulları reklam etmək üçün müxtəlif metodlardan istifadə planlaşdırılır.

Layihənnin komponentlərinə reklam-uduş kampaniyalarının, həmçinin bu məsələyə dair ən yaxşı məqalə üzrə müsabiqənin keçirilməsi, Azstandartservisin potensialının möhkəmləndirilməsi, keyfiyyətə nəzarət üzrə kurslar, institusional təşkilatlar daxildir. Layihənin həyata keçirilmə müddəti 6 aydır.

Layihənin monitorinqi iş cədvəlinə uyğun olaraq İİN və BMT-nin İnkişaf Proqramının nümayəndələri tərəfindən mərhələli şəkildə həyata keçiriləcək. Layihə başa çatdıqdan sonra müəssisələr, mütəxəssislər və ekspertlər müvafiq işlərin həyata keçirilməsini davam etdirəcəklər.

Xəbər lenti

Xəbər lenti