...

AVQUSTUN 8-DƏ AZƏRBAYCANDA LİZİNQİN İNKİŞAFI PERSPEKTİVLƏRİNƏ HƏSR OLUNMUŞ DƏYİRMİ MASA KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Avqust 2005 10:55 (UTC +04:00)

Avqustun 8-də "Hyatt Regency" otelində "Azərbaycanda lizinqin inkişafı perspektivləri" mövzusunda dəyirmi masa keçiriləcək. Bu barədə "Azərbaycanda Lizinqin İnkişafı Layihəsi"nin katibliyindən Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, tədbirdə ölkədə lizinqin inkişafı sahəsində görülən işlər, bu sahədə mövcud olan problemlər, perspektivlər və s. məsələlər ətrafında müzakirələr aparılaq. Dəyirmi masada müvafiq hökumət qurumlarını, lizinq şirkətlərini təmsil edən 80 nəfərə yaxın nümayəndə iştirak edəcək.

Qeyd edək ki, iyulun əvvəlinə ölkədə 18 milyon dollar həcmində lizinq əməliyyatları maliyyələşdirilib. Maliyyələşdirilən lizinq layihələrin ümumi sayı 265-dir. Maliyyələşdirilən lizinq əməliyyatlarının 34,5%-i inşaat sektorunun payına düşür. Sonrakı yerləri nəqliyyat (22,5%), yeyinti sənayesi (12,3%), maliyyə-sığorta sektoru (10%), istehsal (7,5%), turizm xidməti (4,1%) və s. sahələr tutur. İyulun əvvəlinə lizinq xidmətləri göstərən şirkətlərin aktiv lizinq portfeli isə 17,4 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2003-cü ilin may ayından Beynəlxalq Maliyyə Korporasiyası İsveçrənin İqtisadi Məsələlər üzrə Dövlət Katibliyinin (SECO) maliyyə dəstəyilə Azərbaycanda Lizinqin İnkişafı Layihəsini həyata keçirir. Layihənin icrası 2006-cı ilin aprelində başa çatacaq.

Xəbər lenti

Xəbər lenti