...

2005-Cİ İL ƏRZİNDƏ BİRJA ELEKTRON SİSTEMİ TİCARƏTİNİN DÖVRİYYƏSİ 434,209 MİLYON DOLLAR TƏŞKİL EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Avqust 2005 12:50 (UTC +04:00)

Bakı Banklararası Valyuta Birjasının (BBIB) Birja Elektron Sistemi Ticarətinin (BEST) dövriyyəsi avqustun 1-5-də 8,445 milyon dollar təşkil edib. BBIB-dən Trend ə verilən məlumata görə, 2005-ci il ərzində BEST-in dövriyyəsi 434,209 mln dollar olub.

Bu həftə BEST-də valyutalaşdırma ilə əlaqədar sazişlər bağlanıb. Avqustun 1-də dövriyyə 1,29 milyon (orta mübadilə məzənnəsi 4682 AzM/USD), avqustun 2-də 0,117 milyon (4681,86 AzM/USD), avqustun 3-də 0,66 milyon (4679,99 AzM/USD), avqustun 4-də - 0,738 milyon (4677,64 AzM/USD), avqustun 5-də 5,64 mln (4673 AzM/USD) dollar təşkil edib.

Xəbər lenti

Xəbər lenti