...

SAHİBKARLARI TƏŞKİLATININ MİLLİ KONFEDERASİYASI FİN BİZNESMENLƏRİNƏ İNTİSADİ LAYİHƏLƏR PAKETİ TƏQDİM ETMƏK NİYYƏTİNDƏDİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Avqust 2005 18:38 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Təşkilatlarının Milli Konfederasiyası (STMK) Bakıda sentyabrın 30-da keçiriləcək Azərbaycan və Finlandiya iş adamlarının biznes-forumu zamanı fin biznesmenlərinə iqtisadi layihələrin tam paketini təqdim etmək niyyətindədirlər. Bu barədə Trend ə STMK-dan məlumat verilib.

Azərbaycan tərəfi fin biznesmenlərinə nəzərdən keçirmək üçün enerji sektoru, gəmiqayırma, sənaye, sərinləşdirici içkilərin istehsalı, tikinti, nəqliyyat və digər sahələ üzrə layihələri təqdim etmək niyyətindədirlər.

STMK-dan verilən məlumata görə, hazırda Azərbaycanda fin kapitalı ilə fəaliyyət göstərən cəmi 10 şirkət fəaliyyət göstərir. Konfederasiyada belə hesab edirlər ki, biznes-forumun keçirilməsi bir-birlərinin iqtisadi imkanları ilə daha yaxından tanış olmaq üçün yeni imkanlar açır. Forumda hər iki tərəfi təmsil edən işgüzar dairələrin 150 nümayəndəsinin iştirak edəcəyi gözlənilir. Xatırladaq ki, biznes-forum Finlandiya prezidentinin Azərbaycana gözlənilən səfəri çərçivəsində keçirilir.

Xəbər lenti

Xəbər lenti