...

AZƏRBAYCANDA İNFLYASİYANIN TEMPİNİN AŞAĞI DÜŞMƏSİ MÜŞAHİDƏ OLUNUR

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 12:46 (UTC +04:00)

İyul ayında Azərbaycanda deflyasiya prosesləri davam edib. Nazirlər Kabinetində Trend ə verilən məlumata görə, iyulda inflyasiya iyun ayındakı göstəricinin 98,4%-ni təşkil edib. Beləliklə, iyul ayında ölkədə 1,6% deflyasiya müşahidə olunub.

İnflyasiya 2004-cü ilin iyul ayı ilə müqayisədə 2005-ci ilin iyul ayı ərzində 11,6% təşkil edib. İnflyasiya 2004-cü ilin yanvar-iyun ayları ilə müqayisədə 2005-ci ilin yanvar-iyul aylarında 12,2% olub. Bu göstərici inflyasiyanın tempinin azalması deməkdir. Dekabrla müqayisədə iyul ayı ərzində inflyasiya 2,2% təşkil edib.

Xəbər lenti

Xəbər lenti