...

BMK AZƏRBAYCANDA YENİ "İPOTEKA" LAYİHƏSİNİN İCRASINA BAŞLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 19:50 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanda yeni "İpoteka" layihəsinin icrasına başlayıb. Bununla da BMK-nın Azərbaycanda həyata keçirdiyi layihələrin ("Azərbaycanda lizinqin inkişafı" və "Korporativ idarəetmə") sayı 3-ə çatıb. Bu barədə BMK-nın hazırda ölkədə həyata keçirdiyi "Azərbaycanda lizinqin inkişafı" layihəsinin rəhbəri Elçin Əhmədov Trend xəbər agentliyinə müsahibəsində bildirdi.

Onun sözlərinə görə, sözügedən layihənin həyata keçirilməsində əsas məqsəd ölkədə ipoteka qanunvericiliyinin təkmilləşdirilməsinə və ipoteka bazarının formalaşdırılmasına yardım etməkdən ibarətdir. Həmçinin gələcəkdə BMK-nın ölkədə ipoteka kreditlərinin verilməsinə vəsait ayırması da istisna olunmur.

Bundan başqa BMK-nın yaxın gələcəkdə Azərbaycanda mikromaliyyə, kənd təsərrüfatı və bank sahəsində yeni layihələr həyata keçirmək niyyətində olduğunu söyləyən E.Əhmədov hazırda həmin sahələrdə həyata keçiriləcək layihələr üzərində işlərin aparıldığını dedi.

Xəbər lenti

Xəbər lenti