...

13-15 OKTYABRDA BAKIDA BANK SİSTEMİNİN İNKİŞAFINA HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 19:50 (UTC +04:00)

Oktyabrın 13-15-də Bakıda Azərbaycanda bank sisteminin inkişafına həsr olunmuş 2-ci beynəlxalq konfrans keçiriləcəkdir. Bu barədə tədbirin təşilatçılarından biri olan "Azərbaycan-Türkiyə İş Adamları Birliyi"ndən Trend xəbər agentliyinə məlumat verilib.

Verilən məlumata görə, artıq konfransın keçirilməsi üçün təşkilat komitəsi yaradılıb. Təşkilat komitəsinə ATİB-dən başqa Azərbaycan Milli Bankı, Azərbaycan Banklar Assosiasiyası, Türkiyə Banklar Birliyi, həmçinin Beynəlxalq Valyuta Fondu, Dünya Bankı və Amerika-Azərbaycan Ticarət Palatasının nümayəndələri daxildir. 2-ci konfransın "Azərbaycanda bankçılığın və regionların inkişafı" mövzusuna həsr olunması nəzərdə tutulub.

Qeyd edək ki, "Azərbaycanda bank sisteminin inkişafı" mövzusunda 1-ci beynəlxalq konfrans 2003-cü ilin noyabrında keçirilmişdir.

Xəbər lenti

Xəbər lenti