...

DÜNYA BANKININ BAKI NÜMAYƏNDƏLİYİNİN YENİ RƏHBƏRİNİN ADI GƏLƏN AY MƏLUM OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2005 19:53 (UTC +04:00)

Dünya Bankının (DB) Bakı nümayəndəliyinin yeni rəhbərinin adı sentyabrda məlum olacaqdır. Bankdan Trend xəbər agentliyinə verilən məlumata görə, il yarım bundan əvvəl nümayəndəliyə rəhbər təyin olunmuş liviyalı Əhməd Cəhani səlahiyyət müddətinin başa çatmasına daha il yarım qalmasına baxmayaraq iyulun 29-da Bakını tərk edərək Vaşinqtona qayıdıb.
Ə.Cəhaninin Bakını erkən tərk etməsinin əsas səbəbi ailə problemləri ilə əlaqədar olub. Hazırda isə bankın nümayəndəliyinin rəhbəri vəzifəsinə müvəqqəti olaraq əvvəllər DB-nin Bakı ofisinin rəhbəri olmuş pakistanlı Əkbər Noman təyin olunub.

Bakı nümayəndəliyində səlahiyyət müddəti başa çatdıqdan sonra DB-də fəaliyyətini dayandıran Ə.Noman hazırda Kolumbiya universitetində çalışır. O DB-nin rəhbərliyinin xahişi ilə təqribən bir ay müddətində bankın Bakı nümayəndəliyinin rəhbəri vəzifəsini icra edəcək.

Xəbər lenti

Xəbər lenti