...

XARİCİ İNVESTİSİYALARA YARDIM XİDMƏTİ İNVESTİSİYALARIN GENİŞLƏNDİRİLMƏSİ VƏ MƏSLƏHƏTLƏŞMƏLƏR FONDU ÜÇÜN HESABATA ƏLAVƏ EDİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 13:54 (UTC +04:00)

Beynəlxalq Maliyyə Korporasiyaları tərəfindən təsis olunan Xarici investisiyalara yardım xidməti (FIAS) İnvestisiyaların genişləndirilməsi və məsləhətləşmələr Fondu (İGMF) üzrə öz hesabatına əlavə edib. İGMF-nun rəhbəri Emil Məcidovun Trend ə verdiyi məlumata görə, FIAS öz hesabatına ixrac üzrə fəsil əlavə edib.

" FIAS ixrac üzrə dərin təhlil verməyib, ölkənin miqyası, bazarı və məlumat bazası nəzərə alınmaqla fəsil tərtib etməyib. Onlar həmçinin qeyd ediblər ki, fondun fnuksiyalarından birinin - investisiyaların və ixracın genişləndirilməsinin "üstünlük" risqi mövcud olduğundan müvafiq balansın saxlanılması təklif olunub ", -E.Məcidov qeyd edib.

Xəbər lenti

Xəbər lenti