...

KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ EPİZOOTİYAYA QARŞI BİOLOJİ PREPARATLAR ALMAQLA TƏDBİRLƏR HƏYATA KEÇİRİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 14:39 (UTC +04:00)

Kənd Təsərrüfatı Nazirliyi epizootiya (heyvanlara azar düşməsi) əleyhinə tədbirlər həyata keçirir. Bu məqsədlə gələn həftə epizootiyaya qarşı dərmanların alınması üzrə müsabiqənin qalibi elan ediləcək. Nazirliyin epizootiya ilə mübarizə və müalicə profilaktikası şöbəsinin müdiri Qədim Məhərrəmovun Trend ə verdiyi məlumata görə, bu mövzu üzrə keçirilən tender cari ilin mayında keçirilib.

Lakin tenderin iştirakçıları tərəfindən yüksək maliyyə təklifləri ilə əlaqədar qaliblər müəyyən edilməmişdi.

"Bu günqlərdə biz son yekunları avqustun 18-də məlum olacaq analoji tədbir keçirdik"-deyə Q.Məhərrəmov bildirib.

Müsabiqəyə müvafiq olaraq bioloji preparatların alınması nəzərdə tutulub.

"Yuxarıda göstərilən tədbirlər Nazirlik tərəfindən hər il həyata keçirilir və preparatların alınması üçün maliyyə dövlət büdcəsindən ayrılır"- deyə Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi bildirib.

Bundan əlavə qeyd edək ki, ilin əvvəlində ölkədə mal-qara vaksinlə peyvənd edilib və həmçinin payız mövsümündə də analoji tədbirlərin həyata keçiriləcəyi gözlənilir.

Xəbər lenti

Xəbər lenti