...

İQTİSADİ İNKİŞAF NAZİRLİYİ ÖZƏLLƏŞDİRİLMƏLİ OLAN ƏMLAKIN YENİDƏN QİYMƏTLƏNDİRİLMƏSİNƏ DAİR TƏKLİFLƏR HAZIRLAYIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 17:01 (UTC +04:00)

İqtisadi İnkişaf Nazirliyi (İİN) özəlləşdirilməli olan əmlakın yenidən qiymətləndirilməsinə dair təkliflər hazırlayıb. Hökumətdən Trend ə bildirildiyi kimi, hazırda Nazirlər Kabinetində bu təkliflərə baxılır.

Hökumətdən onu da qeyd ediblər ki, özəlləşdirmə zamanı bütün dövlət əmlakı yenidən qiymətləndirilməlidir. Bazar qiymətlərinə uyğun olaraq yenidən qiymətləndirmə isə onların bahalaşmasına səbəb olacaq.

Qeyd edək ki, prezidentin "Azərbaycanda antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında" fərmanının 3.6-cı bəndinə görə, özəlləşdirmə prosesi zamanı dövlət əmlakının bazar prinsipləri əsasında obyektiv qiymətləndirilməsi və gələcəkdə bu sahədən dövlət büdcəsinə daxil olmaların artırılmasını təmin etmək məqsədilə İİN-nə müvafiq tədbirlər görmək və bununla bağlı təklifləri prezidentə təqdim etmək tapşırılır.

Xəbər lenti

Xəbər lenti