...

AZƏRBAYCANDA QUŞ QRİPİNİN YAYILMASININ QARŞISININ ALINMASI ÜZRƏ İŞLƏR APARILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Avqust 2005 18:34 (UTC +04:00)

Azərbaycanda quş qripinin yayılmasının qarşısının alınması üzrə işlər aparılır.Bu məqsədlə ölkəyə quş məhsullarının gətirilməsinin qarşısının alınması üçün Dağıstanla olan sərhəddə buraxılış-veterinar məntəqələrində möhkəmləndirmə işləri aparılıb.

Kənd təsərrüfatı nazirliyinin epizootiya və müalicə profilaktikası ilə mübarizə sektorunun rəisi Qədim Məhərrəmov Trend agentliyinə bildirib ki, işlər Rusiya Federasiyasının Novosibirsk və Altay vilayətində adıçəkilən xəstəliyin yayılması ilə bağlı həyata keçirilir.

Onun sözlərinə görə, kənd təsərrüfatı naziri İsmət Abbasovun sərəncamı ilə bütün adıçəkilən obyektlər gücləndirilmiş rejimdə işləyir.

Qeyd edək ki, bu günlərdə həmçinin Azərbaycana, xüsusilə Çin, Yaponiya, Pakistan və digər Şərq ölkələrindən toyuq məhsullarının gətirilməsinə rəsmən qadağa qoyulub.

Xəbər lenti

Xəbər lenti