...

DÜNYA BANKI AZƏRBAYCANIN PRSC-NİN İKİNCİ RAUNDUNA HAZIRLIĞINA DAİR MƏSLƏHƏTLƏŞMƏLƏRƏ BAŞLAYIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2005 11:38 (UTC +04:00)

Avqustun 15-31-də Dünya bankının ölkə üzrə iqtisadçısı Xristos Kostopulos (Christos Kostopoulos) Azərbaycan hökuməti ilə bir sıra məsələlərlə bağlı məsləhətləşmələr aparmaq üçün ölkəmizə səfər edəcək.

Dünya bankının Bakı nümayəndəliyindən Trend ə verilən məlumata görə, X.Kostopulos "Dünya bankının "İnstitusional inkişafa texniki yardım" (IBTA-2) proqramı, həmçinin yoxsulluğun azaldılmasına dəstək kredit proqramı üzrə (PRSC) ikinci kreditin reallaşması prosesini gözdən keçirəcək.

"Dünya bankı ölkəyə 20 mln dollar məbləğində birinci PRSC kreditinin ayrılmasını təqdir edib, lakin proqramda üç il ərzində analoji illik kreditlərin verilməsi nəzərdə tutulur. X.Kostopulosun səfərinin məqsədi növbəti kreditin alınması üçün PRSC-nin ikinci raundu çərçivəsində hökumətin danışıqlar prosesinə hazırlığını öyrənməkdir", - deyə hökumətdə bildirilib.

IBTA-2 proqramının həyata keçirilməsi üzrə qrupda bildirildiyi kimi, X.Kostopulosun rəhbərlik etdiyi missiya əvvəlcə kredit ehtiyatlarına təxminən 5 mln dollar qənaət edildiyini müəyyənləşdirmişdir, lakin hökumət hələlik onların istifadə istiqamətlərini açıqlaymayıb.

Dünya bankı 2002-ci il iyunun 19-da İBTA-2 proqramını təsdiqləyərək Beynəlxalq İnkişaf Assosiasiyasının standartları üzrə onun həyata keçirilməsinə $9,45 mln vəsait ayırıb. Daha 1 mln dollar isə Azərbaycan hökuməti tərəfindən verilib. Layihə 4,5 il müddətinə həyata keçiriləcək. İBTA-1 üzrə kredit sazişi 2002-ci il oktyabrın 19-da imzalanıb, həmin ilin noyabr ayının 1-də isə Azərbaycan Respublikasının prezidenti tərəfindən təsdiqlənib.

Xəbər lenti

Xəbər lenti