...

QARS-AXALKALAKİ-TBİLİSİ-BAKI DƏMİR YOLUNUN TİKİNTİ LAYİHƏSİNİN MÜZAKİRƏSİ 24 AVQUSTA PLANLAŞDIRILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Avqust 2005 14:27 (UTC +04:00)

Azərbaycan, Gürcüstan və Türkiyə nəqliyyat nazirlərinin Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikinti layihəsi çərçivəsində görüşü 24 avqusta planlaşdırılıb.

Bu barədə Trend agentliyinə AR nəqliyyat nazirliyində bildirilib. Bundan öncə görüş üç ölkə nazirlərinin gərgin iş qrafiki səbəbindən təxirə salınmışdı.

Hazırda hər üç ölkənin işçi qrupu saziş sənədlərinin sonuncu variantını hazırlayır.Bu sənəd üç ölkənin nəqliyyat nazirlərinin iclasında imzalanacaq.Gündəliyə layihə-kəşfiyyat, texniki-iqtisadi və marketinq tədqiqatları, tərəflərin layihəni maliyyələşdirməsi və investisiyaların cəlb edilməsi, yeni dəmir yol xəttinin gələcək birgə istismarı və tikintisi üzrə MM-nin (SC, konsorsium) yaradılması, MM-nin hüquqi formasının təşkilati təsdiqi və nizamnamə kapitalının ilkin həcmi və s. Kimi məsələlər daxildir.

Gələcəkdə çəkiləcək dəmir yolu uzunluğu 98 km təşkil edir ki, bunun 68 km. Türkiyənin, 30 km isə Gürcüstan ərazisinin payına düşür. İlkin hesablamalara görə, Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi layihəsinə $400 mln.tələb olunur.

Xəbər lenti

Xəbər lenti