...

YAPONİYA AZƏRBAYCAN BANK TƏDRİS MƏRKƏZİNƏ YARDIM GÖSTƏRMƏYƏ HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2005 14:37 (UTC +04:00)

Avqustun 1-dən etibarən Azərbaycan bank tədris mərkəzinin (ABTM) direktorununun yaponiyalı müşaviri fəaliyyətə başlayıb. ABTM-in direktoru Cavanşir Abdullayevin Trend ə bildirdiyinə görə, müşavir Yaponiya hökumətinnin ayırdığı qrant hesabına 2 il müddətinə cəlb olunub.

"Bu dövrdə o, mərkəzin parktiki məsələləri, birgə layihələrin hazırlanması, ABTM-in startegiyasının həyata keçirilməsinin digər aspektləri ilə bağlı yardım göstərəcək. Müşavirrin əsas məqsədi Yaponiya hökuməti tərəfindən Azərbaycan bank tədris mərkəzinin fəaliyyətinə gələcəkdə göstəriləcək texniki yardımın qiymətləndirilməsidir", - deyə C.Abdullayev bildirib.

Ondan əvvəlcə yalnız Beynəlxalq Maliyyə Korporasiyası və BP neft şirkətinin dəstəyi ilə həyata keçirilən ABTM xidmətlərinin inkişafı layihəsi çərçivəsində kiçik və orta müəssisələr üçün istifadə etmək planlaşdırılırdı.

Layihənnin həyata keçirilməsi üzrə texniki məsləhətçi ABU Consult GmbH şirkətidir. Layihə üzrə niyyət protokolu ABTM və BMK arasında 2003-cü il mayın 8-də bağlanılıb. 677,25 min dollar məbləğində maliyyə vəsatinin ayrılmasına dair qrant sazişi isə BMK, BP və ABTM arasında 2004-cü ilin iyun ayında imzalanıb. Sazişə əsasən BMK və BP 270,45 min və 267,3 min dollar vəsait ayıracaq, ABTM isə 45 min dollar dəyərində xidmət göstərəcək. Layihə 2004-cü il iyunun 1-dən həyata keçirilməyə başlayıb.

Xəbər lenti

Xəbər lenti