...

DÖVLƏT MÜƏSSİSƏSİNİN SİFARİŞİ İLƏ GÜBRƏLƏRİN ALINMASI İLƏ AQROLIZINQ MƏŞĞUL OLACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Avqust 2005 18:10 (UTC +04:00)

Bundan sonra dövlət müəssisələrinin gübrə və pestisidərin alınmasını üzrə siyarişini Aqrolizinq açıq səhmdar cəmiyyəti həyata keçirəcək.

Bu barədə Trend ə ASC-dən məlumat veriblər. Belə bir qərar ölkə prezidentinin şimal raoynlarına etdiyi səfərindən sonra qərara alınıb.

ASC-də bildiriblər ki, II rübün əvvəlindən regionlarda istifadə olunmaq üçün gübrələrin alınması üzrə tender elan ediləcək.

Azərbaycanda torpağın məhsuldarılığının aşağı düşməsi müşahidə olunur və ona görə də bu cür preparatlardan istifadə olunmaq üçün tələbat artır. Müşahidə olunan bu prosesin həlli üçün Kənd Təsərrüfatı Nazirliyi hökumətə müraciət edib.

Qeyd edək ki, artıq bir neçə ildir ki, hökumət gübrələrin alınması üçün heç bir vəsait ayırmır ki, bu da torpağın keyfiyyətinin aşağı düşməsində əks olunub.

Xəbər lenti

Xəbər lenti