...

AVROPA ÖLKƏLƏRİNDƏ 60-A YAXIN QARABAĞ CİNSLİ VƏ QARABAĞ QANLI ATLAR SAXLANILIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Avqust 2005 11:44 (UTC +04:00)

Hazırda Avropanın müxtəlif ölkələrində 60-a yaxın Qarabağ cinsli və Qarabağ qanlı atlar var. Bu barədə Kənd Təsərrüfatı Nazirliyi "Azərdamazlıq" Elm İstehsalat Birliyinin baş direktor vəzifəsini icra edən Xəndan Rəcəbli Trend xəbər agentliyinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu atların təqribən yarısı Almaniyada saxlanılır. Atların yerdə qalanı isə İsveçrə, Fransa, İngiltərə və İtaliyanın payına düşür. O, hazırda Almaniyada "Qarabağ atlarının həvəskarlar cəmiyyəti"nin də fəaliyyət göstərdiyini qeyd edib. X.Rəcəbli bu atların dövlət qeydiyyatında olduğunu bildirib.

Qeyd edək ki, bu atlar 1988-1989-cu illər sovet hakimiyyəti dövründə SSRİ Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Moskvada keçirilmiş auksionlarda satılmışdır.

Xatırladaq ki, hazırda ölkədə 73 minə yaxın at var. Bu atların 22%-ə qədəri Qarabağ cinsli atlardır.

Xəbər lenti

Xəbər lenti