...

DÜNYA BANKI İLƏ BAĞLANMIŞ YOXSULLUĞUN AZALDILMASINA DƏSTƏK SAZİŞİ PREZİDENTƏ TƏQDİM OLUNUB

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Avqust 2005 14:52 (UTC +04:00)

Azərbaycanın Nazirlər Kabineti yoxsulluğun azaldılmasına dəstək (PRSC) proqramına Beynəlxalq İnkişaf Assosiasiyasının standart şərtləri ilə ilk kreditin ayrılmasına dair Dünya bankı ilə bağlanmış sazişi ölkə prezidentinin təsdiqinə verib.

Nazirlər Kabinetində Trend ə verilən məlumata görə, saziş onun dövlət başçısı tərəfindən təsdiqlənməsindən və maliyyə naziri Əvəz Ələkbərova xüsusi səlahiyyətlər verildikdən sonra imzalanacaq.

"Elektrik enerjisinin verilməsi sisteminin (Power transmission) reabilitasiyası layihəsinin həyata keçirilməsi üçün Beynəlxalq Yenidənqurma və İnkişaf Bankınını şərtləri ilə birinci kreditə dair Dünya bankı ilə saziş üzərində iş hələ başa çatmayıb və dövlət başçısının təsdiqinə verilməyib", - deyə NK-da qeyd olunub.

Hər iki kredit mayın 17-də qəbul olunub. Birinci PRSC-nin məbləği 20 mln ABŞ dollarıdır. O, ödənişlərin 10 il müddətinə uzadılması şərti ilə və illik 0,75%-lə 35 il müddətinə ayrılıb.

Ayrılmış vəsaitlərin 5%-i təhsil və tibb (digər sosial xidmətlərlə birlikdə), 40%-i energetika, ticarət və sənaye, 10%-i isə maliyyə sektoru üçün nəzərdə tutulub.

BYİB-nin ayırdığı kreditin ölçüsü 48 mln ABŞ dollarıdır.

Vəsaitlər, ödənişlər 8 il ərzində hissə-hissə ödənilməklə 20 il müddətinə verilir.

Xəbər lenti

Xəbər lenti