...

SOSİAL İNKİŞAF PROQRAMLARININ HAZIRLANMASINDA VƏ HƏYATA KEÇİRİLMƏSİNDƏ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ ROLU MÜZAKİRƏ OLUNACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Avqust 2005 14:02 (UTC +04:00)

Avqustun 22-də Bakıda "Sosial-inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində qeyri hökumət təşkilatlarının (QHT) rolu" mövzusunda dəyirmi masa keçiləcək.

İqtisadi İnkişaf Nazirliyinin iqtisadi islahatlar mərkəzindən Trend ə verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında və həyata keçirilməsində QHT-nın iştirakına diqqəti artırmaqdır.

Tədbirdə QHT-nın sosial-iqtisadi inkişaf proqramlarının hazırlanmasında və reallaşdırılmasında QHT-nın iştirakını artırmaq, onların işini idarəetmə orqanları ilə əməkdaşlığını genişləndirmək, sosial-iqtisadi inkişafaf yönəlmiş proqramların hazırlanmasında və reallaşdırılmasında QHT-nın fəaliyyətinin əlaqələndirilməsinin səmərəliliyini artırmaqdır.

Görüşə nüfuzlu QHT-nın rəhbərləri, sosial-iqtisadi inkişaf proqramlarının formalaşdırılmasında və istifadə olunmasında iştirak etmiş idarəetmə orqanları, iqtisadçı alimlər dəvət olunublar.

Mərkəzdən bildiriblər ki, forumda iqtisadi inkişaf naziri Fərhad Əliyevin iştirakı və çıxış edəcəyi gözlənilir.

Forumunu yekunu üzrə müvafiq orqanlara təqdim etmək üçün iştirakçıların təkliflərindən və tövsiyyələrindən ibarət sənədlər qəbul ediləcək.

Xəbər lenti

Xəbər lenti