...

2006CI İLDƏN AZƏRBAYCAN HƏR İL DÜNYA BANKINDAN 300 MİLYON DOLLARADƏK KREDİT VƏSAİTİ ALA BİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 20 Avqust 2005 15:17 (UTC +04:00)

Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ölkədə olan Dünya Bankı missiyası ilə "İnstitusional inkişafa texniki yardım (SAK-2)" layihəsi üzrə müzakirələr aparır. Bu barədə Trend ə avqustun 20-də iqtisadi inkişaf naziri Fərhad Əliyev məlumat verib.

"İlkin məlumatlara görə 2006-cı ildən Azərbaycan hər il Dünya Bankından 300 milyon dollar həcmində kredit alacaq. Lakin bundan əvvəlki illərdən fərqli olaraq adambaşına düşən ÜDM-un artımı ilə əlaqədar güzəştli kreditlərin həcmi azalıb. "Lakin, buna baxmayaraq, bizə yüksək güzəşt faizləri olan kreditlər və aşağı kommersiya kreditləri təklif edirlər", - deyə o bildirib.

Nazir qeyd edib ki, bu zaman DB-nın Azərbaycan hökumətindən struktur islahatları istiqamətində və digərləri ilə bağlı bir sıra tələbləri var. "Əgər Azərbaycan bu tələbləri yerinə yetirərsə, onda kreditləri ala bilər " - deyə F.Əliyev qeyd edib.

Xəbər lenti

Xəbər lenti