...

ASİYA BANKI ƏLƏT-ASTARA LAYİHƏSİNİN TEXNİKİ-İQTİSADİ ƏSASLARININ HAZIRLANMASINA 750 MİN DOLLAR QRANT AYIRIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Avqust 2005 14:33 (UTC +04:00)

Asiya İnkişaf Bankı Ələt-Astara avtomagistralının tikintisi və yenidən qurulması üzrə layihənin texniki -iqtisadi əsaslarının harılanmasına 750 min ollar qrant ayırıb. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib.

Hazırda sənədlərin hazırlanmasında xidmət göstərəcək məsləhətçinin Sənədin ilin sonuna kimi hazırlanacağı güman edilir.

Ələt-Astara avtomsagistralının tikintisi və yenidənqurulması layihəsinin reallaşdırılmasına 400 milyon dollar vəsait tələb olunur. Göstərilən məbləğin 300 milyon dollarını Dünya Bankı ayıracaq. Yerdə qalan 100 milyon dollarını isə Azərbaycan (60 milyon dollar) və İran (40 milyon dollar) ödəyəcək. Nazirlikdən həmçinin bildiriblər ki, İran İslam Respublikası artıq layihənin həyata keçirilməsi üçün lazım olan 40 milyon dollar kreditin verilməsinə rəsmi razılıq verib. Qeyd edək ki, Ələt-Astara magistralının uzunluğu 243 km təşkil edir.

Xəbər lenti

Xəbər lenti