...

AVQUSTUN SONUNA KİMİ AZƏRBAYCANLI SAHİBKARLAR 2006-CI İL ÜÇÜN VERGİLƏRLƏ BAĞLI TƏKLİFLƏR VERƏCƏKLƏR

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Avqust 2005 17:19 (UTC +04:00)

Azərbaycan Sahibkarlar Konfederasiyası (ASK) 2006-cı il üçün vergi qanunvericiliyinin dəyişdirilməsi ilə bağlı öz üzvlərinin təkliflərini toplayıb. ASK-nın sədri Ələkbər Məmmədovun Trend ə bildirdiyinə görə, şirkətdən təkliflərin toplanması başa çatıb və hazırda onlar işlənilir.

"Bizə konfederasiya üzvlərinin təkliflərini təhlil etmək və vahid təkliflər paketi hazırlamaq üçün bir qədər vaxt lazım olacaq. Avqustun sonuna kimi onlar Vergilər Nazirliyinə, sentyabrda isə Azərbaycan Milli Məclisinə təqdim olunacaq", - deyə Ə.Məməmədov qeyd edib.

ASK ənənəvi olaraq hökumət və parlament arasında Vergi məcəlləsinə əlavə və dəyişikliklərin edilməsinə dair müzakirələrdə iştirak edir. Konfederasiyanın ilkin təklifləri müəssisələrin gəlir vergisindən azad olunması və operativ vergi nəzarəti təcrübəsinin tətbiq edilməməsi ilə bağlı olub.

Xəbər lenti

Xəbər lenti