...

DEKABRIN SONUNA KİMİ EPİZOOTİYAYA QARŞI BİOLOJİ PREPARATLAR KƏND TƏSƏRRÜFATI NAZİRLİYİNƏ GƏTİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 15:10 (UTC +04:00)

Cari ilin dekabr ayına kimi epizootiyaya qarşı bioloji preparatlar Kənd Təsərrüfatı Nazirliyinə gətiriləcək. Nazirliyin epizootiya ilə mübarizə və müalicə proflaktika şöbəsinin müdiri Qədim Məhərrəmovun Trend ə bildirdiyinə görə, vaksinlər keçən il KTN-in elan etdiyi tenderdə qalib gəlmiş Ukraynanın "Ridan İnjenerinq" şirkəti tərəfindən tədarük olunacaq.

Nazirliyin nümayəndəsinin sözlərinə görə, bir neçə gün ərzində tenderin qalibi ilə müvafiq saziş imzalanacaq.

"Bu tədbirlər Nazirlik tərəfindən hər il keçirilir və preparatların alınması üçün maliyyə vəsati dövlət büdcəsindən ayrılır", - deyə Q.Məhərrəmov bildirib.

Bundan başqa, artıq ilin əvvəlində heyvanlar vaksinlə peyvənd olunub və payızda da belə tədbirlərin həyata keçirilməsi gözlənilir.

Xəbər lenti

Xəbər lenti