...

BAKIDA "QLOBALLAŞMA ŞƏRAİTİNDƏ ƏMƏK MÜHACİRLƏRİNİN SOSİAL MÜDAFİƏSİ" MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANS KEÇİRİLƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 24 Avqust 2005 18:06 (UTC +04:00)

Sentyabrın 7-9-da Bakıda "Qloballaşma şəraitində əmək mühacirlərinin sosial müdafiəsi" mövzusunda beynəlxalq konfrans keçiriləcək. AR Dövlət Sosial Müdafiə Fondundan Trend ə verilən məlumata görəə, tədbir Beynəlxalq Sosial Təminat Assosiasiyası, Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası ilə birlikdə Fond tərəfindən təşkil olunacaq.

Tədbirdə DSMF-in sədri Səlim Müslümov, DF-nin sədr müavini Zakir Babayev, "AR DSMF-in potensialının gücləndirilməsi" layihəsinin direktoru Oqtay İbrahimov və DSMF-in digər nümayəndələri, həmçinin Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının prezidenti Aleksandr Kurtin, Rusiyanın Səhiyyə və Sosial İnkişaf Nazirliyinin Sosial Sığorta və Dövlət Təminatının İnkişafı Departamentinin direktoru, AŞ Sosial Siyasət Departamentinin Sosial Təminat şöbəsinin (DG-III) rəhbəri Mişel Akip, İtaliya Milli Sosial Sığorta İnstitutunun Direktorlar Şurasının (INPS) üzvü Maurizio Nevola, həmçinin Polşa, İsveç, Böyük Britaniya, Fransa, Hollandiya, Almaniya və BSTA-nın müxtəlif təşkilatları və Avropa regional ofisinin nümayəndələri iştirak edəcəklər.

Konfransın keçirilməsində məqsəd işçi mühacirlərin və onların ailələrinin sosial təminat hüquqlarının müdafiəsi üzrə hüquqi məsələlərin üzə çıxarılması və muzakirəsidir. "Daxili sosial hüqüqun fəaliyyəti milli ərazidə işləyən və yerli vətəndaşlarla məhdudlaşdığından işçi mühacirlər və onların ailələri xaricdə işləyən zaman sosial təminat sistemindən istifadə edə bilmirlər.

Məhdudiyyət bəzi müavinətlərə olan hüquqlara da şamil edilə bilər: işçi mühacirlər və ya onların ailə üzvləri bir sıra tələbləri yerinə yetirə bilmirlər. İki və çoxtərəfli sazişlər hüquqsuzluğun qarşısının alınmasına yönəldilmiş hüquqi vasitədir", - deyə təşkilatçılar qeyd ediblər.

Konfransda ikitərəfli sazişlər (onların məzmunu və s.) təhlil olunacaq. Konfransın məqsədi iştirakçılara mövcud vasitələrin aydın mənzərəsini təsvir etmək və bu sahədə siyasi məsələlərə diqqət yönəltməkdir. Səmərəli işin təmin olunması üçün bir sıra inzibati şərtlərə əməl etmək lazımdır. Bu şərtlər konfransın sessiyasında müəyyən olunacaq.

Konfrans iştirakçıları və ekspertlər bu sahədə öz təcrübələri və əldə etdikləri uğurlarla bölüşəcəklər.

"Mühacirət "sərhədlərin kəsişməsi" deməkdir. Bu isə lazımi müavinətin vətəndaşa vaxtında verilməsi məqsədilə imkanların birləşdirilməsi üçün ən azı iki, bəzən də daha çox inzibati orqanların əlaqəsini nəzərdə tutur. Tələb olunan nəticə inzibati orqanlar arasında effektiv əməkdaşlıqla şərtlənib.

Xəstəlik və ya işsizlik üzrə müavinətlər kimi qısamüddətli müavinətlərə tələbat qocalığa, əlilliyə və ya ailə başçısının itirilməsinə görə pensiya kimi uzunmüddətli müavinətlərə tələbatla eyniləşdirmək olmaz.

Uzunmüddətli müavinətlər onun verilmə dövründən bir neçə il sonra hesablanacaq və ödəniləcək. Xarici ölkədə isə bütün şərtlərə əməl olunmasına dair məlumat əldə etmək isə o qədər də asan olmayacaq. Qarşılıqlı administrativ dəstək bu maneələrin aradan qaldırılmasında ən yaxşı üsuldur", - deyə təşkilatçılar qeyd ediblər.

İştirakçılar və ekspertlər öz təcrübələri ilə bölüşərək yeni administrativ dəstək sistemi yarada və ya mövcud sistemi təkmilləşdirə biləcəklər.

Xəbər lenti

Xəbər lenti