...

DÜNYA BANKININ NƏQLİYYAT ÜZRƏ MİSSİYASI SENTYABRDA BAKIYA SƏFƏR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Avqust 2005 12:56 (UTC +04:00)

Sentyabrda Dünya Bankının nəqliyyat üzrə missiyası Bakıya səfər edəcək. Bu barədə Trend ə Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat veriblər. Səfərdə məqsəd nazirliyn rəhbərliyi ilə nəqliyyat infrastrukturunun inkişafı üzrə aparılan işlər, islahatlar, eləcə də yolların tikintisi ilə bağlı müzakirələr keçirməkdir.

Nazirlikdə qeyd ediblər ki, müzakirələr həmçinin Ələt-Astara avtomagistralının tikintisi və yenidənqurulması ətrafında da aparılacaq. Həmin layihənin reallaşdırılması üçün 400 milyon dollar vəsait tələb olunur. Göstərilən məbləğdən 300 milyon dollarını Dünya bankı ayıracaq. Yerdə qalan 100 milyon dolları Azərbaycan (60 milyon dollar) və İran (40 milyon dollar) ödəyəcək.

Nazirlikdən bilidiriblər ki, İran artıq 40 milyon dollar həcmində kreditin ayrılmasına rəsmi razılıq verib.

Ələt-Astara magistralının uzunluğu 243 km-dir.

Xəbər lenti

Xəbər lenti