...

MİLLİ MƏCLİS "İNVESTİSİYA FƏALİYYƏTİ BARƏDƏ" QANUNUNU MÜZAKİRƏ ETMƏYƏ HAZIRDIR

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Avqust 2005 16:51 (UTC +04:00)

İqtisadi siyasət üzrə parlamentin daimi komissiyasının sədri Səttar Səfərov "Azərbaycanda investisiya fəaliyyəti barədə" qanun layihəsinin ikinci oxunuş üçün dəqiqləşdirildiyini müsbət qiymətləndirib.

S. Səfərovun Trend ə verdiyi məlumata görə, parlament komissiyası Beynəlxalq Valyuta Fondu (BVF), Dünya Bankı (DB) və hökumətin nümayəndələri ilə düzəlişlər barədə razılaşmanı başa çatdırıb.

"Komissiyanın yaxın günlərdə keçiriləcək iclaslarından birində qanun layihəsi nəzərdən keçiriləcək və ola bilsin ki, ikinci oxunuş üçün təqdim ediləcək. Düzəlişlər qanun layihəsini daha da təkmilləşdirib. O, özəl, dövlət və əcnəbi investisiyalarala bağlı siyasəti müəyyənləşdirəcək ", - deyə S.Səfərov bildirib.

Xəbər lenti

Xəbər lenti