...

AVQUSTUN 30-DA İQTİSADİ İ NKİŞAF NAZİRLİYİ AZƏRBAYCAN İXRAC VƏ İNVESTİSİYALARIN TƏŞVİQİ FONDUNU TƏQDİM EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2005 11:56 (UTC +04:00)

Azərbaycan ixrac və investisiyaların təşviqi fondu (AİİTF) ədliyyə Nazirliyi tərəfindən qeydiyyata alınıb.İqtisadi inkişaf naziri Fərhad Əliyev Trend agentliyinə eksklüziv bildirib ki, beləliklə, iqtisadi inkişaf nazirliyi faktiki olaraq Azərbaycan investisiyalar və məsləhətləşmələrin təşviqi fondunun (İMTF) AİİTF-yə transformasiyasını başa çatdırıb.

"Avqustun 30-da biz Azərbaycan İxrac və İnvestisiyanın Təşviqi Fondunun təqdimatını keçirməyi planlaşdırırıq " - deyə nazir qeyd edib.

Qeyd edək ki, AİİTF-nin yaradılması İMTF-nin öhdəliklərinə ixrac istiqamətli istehsalın təşviqi üzrə tapşırıqlar da əlavə edilməklə onun səlahiyyətlərinin genişləndirilməsi haqqında qərarın nəticəsi oldu.Bundan öncə, ölkədə xüsusi ixracın təşviqi Fondunun yaradılması nəzərdə tutulurdu, amma sonra bu fikirdən imtina etmək qərarı qəbul edildi.

Xəbər lenti

Xəbər lenti