...

NƏQLİYYAT NAZİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİ MANİLAYA SƏFƏR EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Avqust 2005 13:10 (UTC +04:00)

Sentyabrın 5-10-da Azərbaycan Nəqliyyat Nazirliyinin nümayəndə heyəti Manilaya səfər edəcək. Nazirlikdən Trend ə verilən məlumata görə, səfərdə məqsəd Asiya İnkişaf bankının (AİB) nümayəndələri ilə müzakirələrin aparılması, "Azərbaycanda nəqliyyat strategiyası"nın işlənməsi üçün Azərbaycana xidmətlər göstərəcək məsləhətçinin seçilməsi üzrə tender təklifləri paketinin açılması prosesində iştirak etməkdir. AİB bu məqsədlə $350 min məbləğində qrant ayırıb.

Sənəddə ölkə infrastrukturunun inkişafı prosesi, yüklərin cəlb olunma yolları, daşımaların həcminin artırılması, yolların, nəqliyyat obyektlərinin inşası və bərpası öz əksini tapacaq.

Nazirlikdə o da bildirilib ki, tender proseduru başa çatdıqdan sonra sentyabrda sənədin hazırlanmasına başlanacaq.

Xəbər lenti

Xəbər lenti