...

2006-2015-Cİ İLLƏRDƏ AR YOXSULLUĞUN AZALDILMASI VƏ SABİT İNKİŞAF DÖVLƏT PROQRAMININ İŞ PLANLARI 1+3 SXEMİ ÜZRƏ ƏSASLANDIRILACAQ

Biznes və iqtisadiyyat xəbərləri Materials 29 Avqust 2005 17:40 (UTC +04:00)

Azərbaycan hökuməti Azərbaycan Respublikasının 2006-2015-ci illərdə yoxsulluğun azaldılması və sabit inkişaf Dövlət proqramının işlənib-hazırlanması üzrə fəal işlər aparır.

Yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət proqramının katibi Mehman Abbasov Trend agentliyinə bildirib ki, hazırda nazirlik və ölkənin idarələri proqramın hər bir sektoru üçün gerçəkləşdirilmənin prioritet istiqamətlərinin müəyyən edilməsi üzərində işləyir.

"Bu işlərin artıq gələn ay başa çatdırılması planlaşdırılır.Bundan sonra konkret iş planlarının işlənib-hazırlanması prosesi başlayacaq ki, bunlarında cari ilin sonunadək başa çatdırılması planlaşdırılır " - M.Abbasov qeyd edib.

M.Abbasovun sözlərinə görə, onillik proqram dörd illik iş planlarının işlənib-hazırlanmasını nəzərdə tutur.Büdcə sistemi haqqında qanuna müvafiq olaraq planlar 1+3 sxemi üzrə, yəni cari və sonrakı üç ildə illik təfsilatla tərtib ediləcək.

Xəbər lenti

Xəbər lenti