...

MOLDOVA AZƏRBAYCANA TAXIL TƏDARÜK EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 13:12 (UTC +04:00)

(İTAR-TASS) - Moldova Azərbaycanan yeni taxıl məhsulları satacaq. Bu barədə razılıq bu gün iki ölkənni baş nazirləri Vasile Tarlev və Artur Rasizadə arasındakı telefon danışığı zamanı əldə olunub.

Bu gün Moldovanın Nazirlər Kabinetinin mətibuat xidmətinin yaydığı məlumata görə, satışın həcmi və qiyməti yaxın zamanlarda ticarət-iqtisadi əməkdaşlıq üzrə Moldova-Azərbaycan komissiyası müəyyən edəcək. Gözlənildiyi kimi, Azərbaycana Moldovandan yem üçün buğda, eləcə də toxumluq günəbaxan və qarğıdalı gətiriləcək.

Məlumata görə, söhbətin gedişində tərəflər ikitərəfli əməkdaşlığın vəziyyəti barədə fikir mübadiləsi apararaq mal dövriyyəsinin ötən illə müqayisədə 24,1 faiz artması (2004-cü ildə 1,3 milyn.dollar təşkil edirdi)ilə bağlı razılıqlarını bildiriblər.

Bu il Moldovada taxıl yığımı rekord səviyyəyə -1,4 milyn. Tona çatıb ki, bu da ötən illə müqayisədə 168,5 min ton çoxdur. Məhsulun ümumi həcmindən taxıl 908 min ton təşkil edir ki, onun əkin sahəsi 500 min hektardır. Moldova hökuməti gələn il üçün taxıl əkini sahəsini azaltmaq niyyətindidir. Çünki respublikanın ərzaq təhlükəsizliyini təmin etmək üçün 250 min ha əkin sahəsi kifayətdir.

Xəbər lenti

Xəbər lenti