...

BAKIDA "AZƏRBAYCANDA REKLAM BAZARI VƏ QANUNVERİCİLİK" MÖVZUSUNDA KONFRANS KEÇİRİLİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Avqust 2005 14:28 (UTC +04:00)

Avqustun 31-də Bakıda "Azərbaycanda reklam bazarı və qanunvericilik " mövzusunda konfrans keçirilib. Bu barədə Trend məlumat verib. Konfransın təşkilatçısı Biznes assosiasiyaları koalisiyasıdır.

Koalisiyanın prezidenti Sevgim Rəhimov qeyd edib ki, tədbirin keçirilməsində məqsədə ölkədə reklam bazarını tədqiq etmək və reklam barədə qanunun problemlərini müzakirə etməkdir.

Onun sözlərinə görə, koalisiyaya 13 ictimai təşkilat daxildir, Onlar biznesin müxtəlif sahələri ilə məşğul olurlar. Aparılan tədbqiqatlar göstərir ki, reklam bazarı ölkədə iqtisadiyyatın inkişafından çox geridə qalır. Buna görə də reklam bazarının inkişafı üçün bir sıra tədbirlərin görülməsi vacibdir.

Azərbaycan Reklamçılar Birliyinin prezidenti Hacıəmi Atakişiyev reklam sektorunun inkişafı problemlərindən danışıb. Onun sözlərinə görə, reklam haqda qanunvericilik aktlarında dəyişikliərin edilməsi zərurəti mövcuddur. Belə ki, bu qanunlar reklam sektorunun inkişafını təmin etməyə qadir deyil. Qanunvericilik reklam bazarını nizamlamalı və inhisarın qarşısını alır. "Hazırda ölkədə reklam sahəsində yaxşı kadrların olmaması bu sektorun inkişafında böyük problemlər yaradır ", - deyə o qeyd edib.

Problemlərdən biri regional reklam müəssisələrinin olmamasıdır. H.Atakişiyev bildirib ki, hazırda hökumət regionlarda iqtisadiyyatın inkişafı ilə bağlı işlər həyata keçirir. Ona görə də regional reklam şirkətlərinin yaradılması zəruridir.

Xəbər lenti

Xəbər lenti