...

AZƏRBAYCAN MİLLİ BANKI İKİ NOT EMİSSİYASI YERLƏŞDİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 1 Oktyabr 2005 12:45 (UTC +04:00)

Azərbaycan Milli Bankı qısamüddətli notların yerləşdirilməsi üzrə hərrac keçirib. BFB-dən Trend ə verilən məlumata görə, 50100111S və 50101710S qeydiyyat nömrəli iki not emissiyası hərraca çıxarılıb.

Notlar 1 004 186 900 manat (nominal üzrə 1013 mln manat) və 2 497 910 400 manat (nominal üzrə 2514 mln manat), satış qiyməti isə 99,13% və 99,36% təşkil edib.

Beləliklə, 2005-ci ildə AMB 1015 mlrd manat (qeydiyyata alınmış 2 trln manat həcmində emissiyanın 50,75%-i) həcmində notları satışa çıxarıb, 40 buraxılışdan isə yalnız 577,945 mlrd manat cəlb edilib ki, bu da elan olunmuş emissiyanın 56,94%-nə bərabərdir.

Bu emissiyalar birinci dəfə sentyabrın 21-də və 28-də yerləşdirilib. O zaman hərraca 40 mlrd manat və müvafiq olaraq 50 mlrd manat çıxarılmışdı.

Xəbər lenti

Xəbər lenti