...

2005-Cİ İLİN ƏVVƏLİNDƏN AZƏRBAYCANDA 116 MİN TONDAN ARTIQ PAMBIQ YIĞILIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 12:26 (UTC +04:00)

Oktyabrın 3-nə olan vəziyyətə görə, Azərbaycanın regionlarında 11 284 ton pambıq yığılıb. Kənd Təsərrüfatı Nazirliyinin bitkiçilik məhsullarının istehsalı, emalı və torpaqdan istifadəyə nəzarət şöbəsinin dənli, taxıl, yem bitkiləri, barama məhsullarının istehsalı və emalı sektorunun müdiri Əli İsmayılovun Trend ə bildirdiyinə görə, əvvəlki illə müqayisədə bu göstərici 131% və ya 27 337 ton çoxdur.

Onun sözlərinə görə, 115 min ha sahədən pambıq yığılıb. "Ümumiyyətlə, pambıq yığımının proqnoz göstəricisi 185 min ton müəyyən edilsə də, mütəxəssislərin fikrincə, yaxşı hava şəraitində bu rəqəm 200 min tona çata bilər", - deyə nazirliyin nümayəndəsi bildirib.

Pambıq ölkənin 21 rayonunda, xüsusilə Salyan-Muğan, Qarabağ və Şirvan iqtisadi rayonlarında yetişdirilir.

Qeyd etmək lazımdır ki, keçən il 77,7 min ha sahədə pambıq əkilib, 135 min ton isə pambıq yığılıb.

Xəbər lenti

Xəbər lenti