...

VERGİLƏR NAZİRLİYİ PROQNOZU 0,5% ARTIQ YERİNƏ YETİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 16:00 (UTC +04:00)

2005-ci ilin yanvar-sentyabr aylarında Vergilər Nazirliyinin xətti ilə daxilolmalar proqnoz göstəricisini 0,5% keçib. Nazirlikdən qeyd edildiyi kimi, bu dövr ərzində daxilolmalar 5070,3 mlrd manat təşkil edib.

2005-ci ilin yanvar-sentyabr aylarında yığımların göstəricisi 100,5%-lik proqnoz göstərcisinə bərabərdir və sonuncudan 27,1 mlrd manart artıqdır", - deyə nzirlikdə bildirilib.

Bu göstərici keçən ilin analoji göstəricisindən 466,6 mlrd manat və ya 40,7% artıqdır.

Cari ilin sentyabr ayında Vergilər Nazirliyinin xətti ilə büdcəyə daxilolmaların həcmi 706,3 mlrd manat təşkil edib.

Xəbər lenti

Xəbər lenti