...

MALİYYƏ NAZİRLİYİ DÖVLƏT QISAMÜDDƏTLİ İSTİQRAZLARININ TƏKRAR YERLƏŞDİRİLMƏSİ ÜZRƏ HƏRRAC KEÇİRİB

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Oktyabr 2005 17:04 (UTC +04:00)

Azərbaycan Maliyyə Nazirliyi Dövlət Qısamüddətli İstiqrazlarının (DQİ) təkrar yerləşdirilməsi üzrə hərrac keçirib. Bakı Fond Birjasından Trend ə bildirilib ki, cari ildə Maliyyə Nazirliyi DQİ-nın 15 emissiyasını keçirib.

Təkrar yerləşjirmə üzrə hərracda 15 459 milyon manat məbləğində DQİ təqdim olunub. Bu emissiya üzrə DQİ 10 300 908 S dövlət qeydiyyat nömrəsi altında qeydə alınıb. Bir DQİ-nın nominalı 1 milyon manat, dövriyyə müddəti- 132 gün olub və ödənmə müddəti fevralın 13-ə təyin edilib.

Hərracın gedişində 1 investor 2 623 milyon manat (524,6 milyon AYM) məbləğində ərizə verib. Ərizələr 95,6% (gəlirlilik 12,72%) - 95,69% (12,45%) diapozonunda təqdim olunub.Maliyyə Nazirliyinin qərarı ilə kəsmə qiymət 95,6% (12,72%), orta qiymət - 95,66% (12,54%) təşkil edib.

Xəbər lenti

Xəbər lenti