...

HESABLAMA PALATASI OKTYABRIN 10-NA KİMİ 2006-CI İLİN DÖVLƏT BÜDCƏSİ BARƏDƏ RƏYLƏRİNİ PARLAMENTƏ TƏQDİM EDƏCƏK

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 10:48 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası 2006-cı ilin dövlət büdcəsi layihəsinin ekspertizasını aparır. Bu barədə Trend ə HP-dən bildirilib. Oktyabrın 10-na kimi HP-nin "Büdcə sistemi haqqında" qanuna uyğun olaraq hazırladığı rəylər Milli Məclisə təqdim olunacaq.

Sentyabrın 23-də Azərbaycan hökuməti 2006-cı ilin büdcə layihəsini qəbul edib. Büdcə aşağıdakı parametrləri əhatə edir: gəlirlər - 3 408 315,3 min denominasiya edilmiş manat (5000 manat=1 yeni azərbaycan manatı - 5000 AZM=1 AYM). Bu halda mərkəzləşdirilmiş gəlirlərin payına 3 189 200 AYM, yerli gəlirlərin - 219 155,3 AYM düşür. Xərclər 3 566 315,3 min denominnasiya edilmiş manat təşkil edir. Mərkəzləşdirilmiş xərclər 2 992 115,8 AYM, yerli xərclər 574 199,5 AYM, büdcə kəsiri isə 158 mln AYM-ə bərabərdir.

Fiziki şəxslərdən tutulan vergi 397 797,2 min AYM, ƏDV - 713 340 min AYM, aksizlər - 146 926 min AYM, yol vergisi - 11 430 min AYM, DGK-dən daxilolmalar - 129 950 min AYM təşkil edəcək. Dövlət Neft Fondu büdcəyə 585 mln AYM transfert edəcək. Bir barel neftin qiyməti isə $40 səviyyəsində nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti