...

BAKIDA MDB BEYNƏLXALQ BİRJA ASSOSASİYASI ÜZVLƏRİNİN NÜMAYƏNDƏLƏRİNİN GÖRÜŞÜ KEÇİRİLİR

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 15:01 (UTC +04:00)

Oktyabrın 6-da Bakıda MDB Beynəlxalq Birja Assosiasiyalarının (BBA) marketinq və informasiya xidmətləri birjalarının nümayəndələrinin ilk görüşü keçirilir. Bu barədə Trend ə Bakı Banklararası Valyuta Birjasından (BBIB) məlumat verilib. BBIB-nin təşəbbüsu ilə təşkil olunan tədbiroktyabrın 8-ə kimi davam edəcək.

Altı ölkənin (Rusiya, Azərbaycan, Qazaxıstan, Ukrayna, Belarus və Gürcüstan) valyuta, fond və əmtəə birjalarının nümayəndələri Bakıda birjaların ümumi dövriyyəsində informasiyanın satış payının həcminin nizamlanması üzrə tədbirləri müzakirə edirlər. Bu məqsədlə oktyabrın 6-da MDB BBA-nın icraçı direktoru A.İ.Kuprin və Moskva, Ukrayna, Qazaxıstan, Gürcüstan banklararası fond birjalarının nümayəndələri Bakıya gəlib.

Görüşün gündəliyində beynəlxalq informasiya agentlikləri terminalındaticarət və digər birja informasiyalarının yayımı sahəsində əməkdaşlıq da daxil olmaqla birgə informasiya layihələrinin müzakirə olunması durur. Görüşün nəticələrinə görə xüsusi qətnamənin və ya MDB BBA-nın Şurasına müraciət qəbul ediləcək.

MDB BBA 2000-ci il aprelin 20-də Moskvada Rusiya, Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırcızıstan, Özbəkistan və Gürcüstanıvn 18 birjasının iştirakı ilə təsis edilib.

Xəbər lenti

Xəbər lenti