...

XƏZƏR DƏNİZ GƏMİÇİLİYİNİN GƏMİLƏRİ İLƏ 10 MİLYOH TOHA YAXIH MÜXTƏLİF YÜKLƏR DAŞINIB

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Oktyabr 2005 16:06 (UTC +04:00)

Xəzər Dəniz Cəmiçiliyi İdarəsi (KASPAR) tərəfindən cari ilin yanvar-sentyabr aylarında 9 milyon 989 min ton müxtəlif yüklər nəql olunub. İdarədən Trend ə verilən məlumata görə, yüklərin ümumi həcmindən 7,304 milyon ton tankerlər, 1,818 milyon ton barjlar, 867 min ton gəmilərlə daşınıb.

Yüklərin əsas hissəsi Xəzər hövzəsində işləyən gəmilərlə daşınıb.MDB limanları arasında digər istiqsmətlərə nisbətən daha çox yük daşınıb. Eləcə də bu marşrutlarla 7,432 milyon ton yük daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 126 ton çoxdur.

Avrasiya nəqliyyat dəhlizi çərçivəsində 6,613 milyon ton (6,143 milyon ton tranzit) yüklər daşınıb ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 178 min ton çoxdur. Göstərilən həcmdən 4,765 tonu tankerlərlə daşınıb.

İdarənin gəmiləri Xəzər hövzəsindən kənara 751 min ton yük daşınıb ki, bu da ötən ilini analoji dövrü ilə müqayisədə 77 min ton çoxdur.

Göstərilən dövrdə KASPAR donanmasının xidmətlərindən 13,6 min sərnişin istifadə edib.

Xəbər lenti

Xəbər lenti